Avropa İttifaqı ölkələrinin səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illik yubileyi münasibətilə video-çarx hazırlayıblar.
Mynews.az xəbər verir ki, video Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmi “Facebook” səhifəsində yayılıb.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Rəhbəri və 20 Üzv Dövlətin Bakıdakı Səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xalqmızı təbrik edib.
“Əziz Azərbaycan xalqı, sizi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə təbrik edirik. Ölkənizə və hər birinizə uğurlar, həmrəylik və firavanlıq arzu edirik. Ad günün mübarək Azərbaycan”, - deyə təbrikdə bildirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub