Milli Məclisin (MM) sabah keçiriləcək plenar iclasının gündəliyinə 24 məsələ daxil edilib.
Mynews.az-ın məlumatına görə, iclasda müzakirə olunacaq məsələlər arasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi də var.
Həmin sənədin müzakirəsində iştirak etmək üçün hökumətin bir sıra üzvləri də dəvət olunub.
Belə ki, müzakirələrdə maliyyə naziri Samir Şərifovun, iqtisadiyyat naziri Şahin Mustafayevin, vergilər naziri Mikayıl Cabbarovun, Gömrük Komitəsinin yeni sədri İbrahim Mehdiyevin və Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinin 16 milyard 516 milyon, xərclər hissəsinin isə 17 milyard 594 milyon manat təsdiq edilməsi təklif olunur.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub