“Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır”.
Mynews.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın son açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır.
XİN rəsmisi bildirib ki, tərəflər arasında danışıqlarla əlaqədar görüşün keçirilməsi barəsində Azərbaycana təkliflər daxil olduğu halda mətbuata bu barədə məlumat veriləcək.
Qeyd edək ki, bu gün Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan “Armenia” telekanalına bildirib ki, baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqlar ola bilər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub