İyunun 1-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Beynəlxalq Ordu Oyunları çərçivəsində Bakıda keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq üzrə təşkilat komitəsinin ilk görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a bildiriblər ki, hərbi dənizçilər arasında yarışların yüksək səviyyədə keçirilməsi məqsədilə müdafiə nazirinin əmrinə əsasən yaradılmış təşkilat komitəsinin üzvləri gəmilərin və dəniz infrastrukturunun hazırlığı ilə bağlı məsələləri müzakirə edib və aidiyyəti üzrə tapşırıqlar verilib.
Bu ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub