Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA)
Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə daxil olan məlumat əsasında Füzuli rayonunun Alxanlı kəndində otlaq sahəsində 48 partlamamış hərbi sursat (82 millimetrlik 24 minaatan mərmisi “O-832”, dörd PQ-9 raketinin gilizi, 122 millimetrlik bir top mərmisi “OF-462P”, 125 millimetrlik bir tank mərmisi “OF-26” və 18 ədəd 5.45 çaplı patron) və 25 mina (23 tank əleyhinə minanın partladıcısı “MVZ-57” və iki piyada əleyhinə mina “OZM-72”) aşkar ediblər. Həmin sursatların daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib. Ümumilikdə, 2100 kvadratmetr ərazi yoxlanılıb.
Mynews.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, ümumilikdə, yanvarın 1-dən 24-dək agentlik tərəfindən Ağdam, Füzuli, Şamaxı, Xızı rayonlarında, Lənkəran və Gəncə şəhərlərində iki otlaq sahəsinə, bir hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib. Baxış zamanı 1288 partlamamış hərbi sursat, 33 tank əleyhinə və iki piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Yoxlanılan ərazi 15 min 130 kvadratmetr təşkil edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub