Martın 10-da Kolimiyada keçirilən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) İdarə Heyətinin 36-cı toplantısında Azərbaycan dövlətinin qurumda fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul ediləndən dərhal sonra Azərbaycan hökuməti MSŞT-dən çıxdığını bəyan etdi.
Baş vermiş hadisə ilə bağlı danışan BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, MSŞT-nin 36-cı sessiyasında baş vermiş bu hadisə uzun müddətdir erməni lobbisi ilə daxilimizdə olan bəlli milli satqınların birgə əməyinin nəticəsidir:
“Bundan əvvəl sentyabr ayında Varşavada Azərbaycadan olan QHT-lərin iştirakı ilə keçirilən gizli toplantıda Azərbaycanın MSŞT-dən, OGP-dən çıxarılması və Ombudsmanın BMT-dəki A statusunun alınması ilə bağlı kampaniyaya start verilmişdi. Ermənipərəst çex təşkilat olan PİN (Bu təşkilatın Xocalıda əsir düşən yüzlərlə soydaşımızın orqanlarının çıxarılıb satılmasında adı hallanır) tərəfindən hazırlanan mətnləri müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən MHTŞ və OGP-i (AHP) katibliyə, Avropa Şurasına, Avropa İttifaqına və BMT İnsan Hüquqları Ali Komissarlığına göndərməyə başladılar və Azərbaycan əleyhinə başqa kampaniyalara start verdilər. Həmçinin Polşa Helsinki Komitəsinin və Ermənistan səfirliyinin birgə təşkil etdiyi toplantıda konkret tapşırıqlar da verilmişdi. Tanınmış QHT sədri Sahib Məmmədov da dəfələrə bu haqda cəmiyyəti məlumatlandırmışdı”.
N.Orduxanlı bildirib ki, dünən baş vermiş hadisə gözlənilən idi:
“Təsəvvür edin, dünən MSŞT İdarə Heyəti Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki fəaliyyətini dayandırması ilə bağlı qərar verir və qərardan dərhal sonra Ermənistanı quruma üzv edir. Ermənistan olur 52-ci ölkə. Ən vacib məqam isə odur ki, 36-cı sessisiya başlamamışdan 4 gün qabaq Azərbaycanda fəaliyyət göstərən MSŞT-nin üzvü olan bir qrup QHT sədrimiz MSŞT İdarə Heyətinə müraciət edir ki, Azərbaycanı bu qurumdan çıxardın. Azərbaycanda fəaliyyət gösətərən bəlli şəbəkənin nümayəndələri açıq şəkildə ermənilərə dəstək verməkdən belə çəkinmədilər. Bəllidir ki, baş vermiş hadisənin səbəbi güclü erməni diasporu ilə daxilimizdə olan milli satqınların birgə əməyinin nəticəsidir”.
Niyaməddin Orduxanlı erməni şəbəkəsi ilə yaxından əməkdaşlıq edən və martın 6-da Azərbaycanın qurumdan çıxarılmasına imza atan şəxslərin adını da açıqlayıb:
“Mən istəyirəm ki, bu QHT sədrlərini bütün Azərbaycan ictimaiyyəti tanısın və onların ermənirlərlə iş birliyinə gedib, MSŞT-dən Azərbaycanın çıxarılmasına nail olduqlarını bilsinlər. Ermənilər bu işdə xeyli pul xərcləiyblər. Maliyyə məsələsinə də Azərbaycanda Xədicə İsmayıl rəhbərlik edir. Həmin şəxslər bunlardı: Xədicə İsmayıl, Akif Qurbanov, İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Arif Yunus, Ülvi Həsənli, Leyla Əliyeva, Arzu Abdullayeva, Eldar Zeynalov, Zöhrab İsmayıl, Oktay Gülalıyev, Qubad Bayramov, Zaur Əkbər, Emin Hüseynov, Emin Milli, Hafiz Babalı, Bəşir Süleymanlı, Azər Rəsul və s.“
Niyaməddin Orduxanlı onu da əlavə edib ki, Azərbaycan hökuməti qurumdan çıxmasını bəyan etdikdən sonra həm daxilimizdəki bu şəxslər, həm də Ermənistan hökuməti bunu toy-bayram edirdilər:
”Çox təssüf ki, ermənilər bu səfər bizim milli xəyanətkarlar hesabına qalib gəldilər. Bir müddət əvvəl ermənilər Azərbaycanda fəaliyyət göstərən bəlli şəbəkənin vasitəsi ilə Avropa İttifaqının rəhbərliyinə də müraciət etmişdilər. Təəssüf ki, belə hadisələr baş verir və Azərbaycan əleyhinə fəaliyyətdə ermənilərlə birgə çalışan insanlarımız da var”.