Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə videomüraciət ünvanlayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Mynews.az-a verilən məlumata görə, Mərkəzin həmsədrləri Vara Vike-Freyberqa, İsmayıl Serageldin, habelə Albaniya Prezidenti İlir Meta, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Ukraynanın keçmiş dövlət başçısı Viktor Yuşşenko, İsrailin sabiq dövlət başçısı Dalia İtzik, Xorvatiyanın sabiq dövlət Başçısı İvo Josipoviç, Bosniya və Hersoqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenko videoçarxda Azərbayan xalqına təbriklərini çatdırıblar.
Videomüraciətdə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olması xüsusi vurğulanıb. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə sürətlə inteqrasiya etdiyi, qısa vaxtda böyük inkişaf yolu keçdiyi qeyd olunub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub