Bu gün Qarabağda baş verənlər sadə camaatın “DQR”in cinayətkar rejiminə və özbaşınalığına qarşı etirazıdır.
Mynews.az-ın məlumatına görə, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Qarabağdakı etiraz aksiyalarını şərh edərkən deyib.
Bazar günü Xankəndində eyni vaxtda iki etiraz aksiyası keçirilib. Etirazçılar şəhərin küçələrini bağlayıblar.
Deputatın sözlərinə görə, Ermənistanın cinayətkar rejiminin qurbanları nəinki Azərbaycan vətəndaşları, eyni zamanda işğal altındakı Qarabağda yaşayan sadə ermənilərdir.
“Düşünürəm ki, əgər etiraz aksiyaları davam etsə, Qarabağ erməniləri separatçı rejimi devirə və hətta Azərbaycandan yardım istəyə bilər”, - parlamentari deyib.
Mollazadə qeyd edib ki, Azərbaycan öz növbəsində Qarabağda təhlükəsizliyin təmin olunması gücündədir.
“Bundan sonra Bakı Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşayışı təmin edəcək.
Qarabağda yaşayan insanlar müharibədən və cinayətkar rejimin təcavüzündən yorulub. Onlar başa düşür ki, əgər Azərbaycan Qarabağı güc yolu ilə qaytarsa, onları buradan çıxaracaqlar. Yox əgər onlar Azərbaycandan yardım istəsə, onların təhlükəsizliyi təmin olunacaq”, - deputat əlavə edib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub