Nazirlər Kabinetinin (NK) yeni strukturu təsdiqlənib.
Mynews.az Report-a istinadən xəbər verir ki, NK-nın şöbələrinin sayı 15-dən 10-a endirilib.
Üç şöbə (Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi) birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Hələ ki, həmin şöbənin müdiri vəzifəsinə təyinat olmayıb.
Bundan başqa, Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi digər müvafiq şöbələrlə birləşdirilib. Baş nazirin Katibliyinin rəisi vəzifəsi vakantdır.
NK-nın Aparat rəhbəri vəzifəsi əvvəlki kimi Ağa-bala Hacıyevə tapşırılıb. Tofiq Sarıcalinski, Natiq Əzizov və Sabir Bayramov isə Baş nazirin köməkçisidirlər. Hər üç şəxs sabiq Baş nazir Artur Rasi-zadənin də köməkçiləri olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub