NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının rəsmi "Twitter" səhifəsində Azərbaycan sülhməramlılarının əməliyyatda iştirakı ilə bağlı xüsusi videoçarx yayılıb.
Mynews.az Müdafiə Nazirliyinə istinadən Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri polkovnik-leytenant Tayfur Rüstəmovun ölkəmizin missiyadakı iştirakının məqsədləri ilə bağlı çıxışının videosunu təqdim edir.
Polkovnik-leytenant Tayfur Rüstəmov bildirib ki, Azərbaycan sülhməramlılarının NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda iştirakı Alyansla rəsmi Bakı arasında əməkdaşlığın əsas istiqamətlərindəndir: "Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında müəyyən olunan “müvafiq beynəlxalq təşkilatların mandatı altında sülhməramlı və böhranlara cavab əməliyyatlarında iştirak” ölkənin müdafiə siyasətinin əsas məqsədlərindən biridir.Bu kimi əməliyyatlarda iştirakımız ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfəsinin bariz nümunəsi olmaqla yanaşı Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının inkişaf etdirilməsinə və qarşılıqlı koordinasiyanın artırılmasına xidmət edir. Azərbaycanın yüzdən artıq hərbi qulluqçusu “Qətiyyətli Dəstək” missiyasında iştirak edir. Hazırda missiyada NATO qüvvələri ilə yanaşı, Azərbaycanın iki piyada bölüyü, tibb və qərargah zabitləri xidmət edir. Azərbaycan Əfqanıstanın gələcəyi naminə səy göstərir”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub