İyunun 5-də Tbilisidə “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Mynews.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Beynəlxalq və Strateji Araşdırmalar üzrə Gürcüstan Fondu (Rondeli Fondu) və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, elmi-tədqiqat mərkəzlərinin, yerli KİV və hökumət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər üçtərəfli əməkdaşlığın perspektivlərindən, üç ölkənin iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıblar. Bu layihələrin təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, Avropa və Asiya ölkələrinin inkişafında da mühüm rol oynadığı qeyd olunub.
Çıxışlarda regional inkişaf baxımından Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının vacibliyi vurğulanıb, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP və TAP layihələrinin enerji təhlükəsizliyindəki rolundan danışılıb, Bakı-Tbilisi-Qars dəmir yolunun Qərblə Şərq arasında əsas körpü rolu oynadığı qeyd edilib. Həmçinin konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunub.
Konfransın panel iclaslarında bölgənin iqtisadi inkişafı, qlobal və regional güclərin maraqlarının kəsişməsi fonunda üçtərəfli əməkdaşlığın vacibliyi və regional inteqrasiyanı gücləndirən əsas faktorlar, region dövlətlərinin ortaq və fərdi maraqlar kontekstində Qərblə əlaqələrinin intensivləşməsi və bu proseslərdə sözügedən ölkələrin yeri və roluna dair bir sıra məsələlər müzakirə edilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub