Bəhruz Quliyev: "Ulu Öndərin qayıdışı Azərbaycanın de-fakto müstəqilliyini təmin etdi" - MÜNASİBƏT

Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin devrilməsi ilə nəticələnən 1993-cü il 4 iyun qiyamının 25 ili tamam olur. Mynews.az xəbər verir ki, məsələ ilə bağlı SİA-ya açıqlama verən SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev bildirib ki, 4 iyun hadisələri bir tərəfdən AXC-Musavat hakimiyyətinin xalqı və dövləti idarə edə bilməməsini sübuta yetirdi, digər tərəfdən isə xalqın xilas gününü yaxınlaşdırdı. Xatırlayırsınızsa, 25 il bundan əvvəl iyunun 4-də Gəncədə Surət Hüseynov rəhbərliyi ilə hökumətə qarşı hərbi qiyam qaldırıldı. Sürət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz alındı. Hər iki tərəfdən itkilər oldu. Həmin dövrdə Sürət Hüseynovun itaətsizliyi qabarıq şəkildə göründü və Respublika rəhbərliyinin dövləti idarə edə bilməməsi artıq qabarıq şəkildə özünü göstərdi. Gəncəyə göndərilmiş hökumət rəsmiləri Sürət Hüseynovun dəstəsi tərəfindən girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladı. Artıq bir böhran vəziyyəti yaranmışdı”.
Media Qrupun rəhbəri bildirib ki, 1992-ci ildə xalqın təkidli tələbi ilə ziyalıların Ümummilli Lider Heydər Əliyevə müraciəti oldu: “O zamanlar vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət olundu. Sürət Hüseynovun bu itaətsizliyi və kütləvi vətəndaş müharibəsinə keçid göstərdi ki, xarizmatik bir Liderə ehtiyac var. Ulu Öndər sözün həqiqi mənasında bir cəsarət göstərdi. Həmin dövr Ümummilli Lider Heydər Əliyevin dövlətinə, xalqına nə qədər bağlı olduğunu göstərdi. Əgər Ulu Öndər gəlməsə idi, Azərbaycan adlı dövlət xəritədən silinə bilərdi. Çünki vətəndaş qarşıdurması artıq gərgin bir vəziyyət almışdı. İyunun 9-da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya gəldi. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul etdi. Beləliklə də Azərbaycanda bir dövrün sonu, yeni bir dövrün başlanğıcına start verildi. Qısa müddətdən sonra isə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ən ağır günündə ölkənin müstəqilliyini və varlığını təhlükəyə atan şəxslərin hamısını siyasi-hərbi səhnədən sildi. Ulu Öndərin gəlişi ilə Azərbaycanın de-fakto, de-yure müstəqilliyi təmin olundu. Ən əsası isə dövlət çevrilişinə cəhdlərin qarşısı alındı və Azərbaycan hüquqi, dünyəvi dövlət kimi inkişaf dövrünə qədəm qoydu”.
Siyasət
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
- Prezident xalqa müraciət edir - CANLI
- Ərdoğan: “İlham Əliyevlə birlikdə 1000 binanın bünövrəsini qoyduq”
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda bu ərazidə "xruşovka"lar sökülür - Sakinlərə 400 AZN kirayə pulu və mənzillər veriləcək 1105 dəfə oxunub
- Əhaliyə xəbərdarlıq edildi - Azərbaycanda qış sərt keçəcək 1091 dəfə oxunub
- Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib 1089 dəfə oxunub