Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qondarma "erməni soyqırımı"nı tanıyan Vidadi Abbasovu fəallaşdıran səbəb - ŞOK FAKTLAR

Vidadi Abbasovun müvəkkilini müdafiə etməsinin səbəblərindən biri də onların eyni nöqtədən idarə olunmalarıdır.

Mynews.az diaspor.az-a istinadən xəbər verir ki, özünü Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycan diasporunun sədri elan edən Vidadi Abbasov daha çox Azərbaycana və Türkiyəyə qarşı bəslədiyi nifrəti ilə tanınır.

Elə ona görə də, V.Abbasovun “AzərRos” prezidentinin müdafiəsinə qalxması təəccüblü deyil. Məlumat üçün bildirək ki, Rusiya telekanallarından birində ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu iddia edən və Azərbaycan xalqının, xüsusən də, Xaricdə yaşayan soydaşlarmızın haqlı olaraq qəzəbinə tuş gələn Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqova da Azərbaycana və Türkiyəyə qarşı nifrəti ilə tanınır.

Özünü M.Sadıqovanın vəkili kimi aparan V.Abbasov isə sosial şəbəkələrdə müvəkkilini tənqid edən soydaşlarmıza qarşı təhqir və söyüş dolu ifadələr işlədərək onlara hədə-qorxu gəlməyə cəhd göstərib.
Gəlin, Vidadi Abbasovu daha yaxından tanıyaq və görək o, kimdir?

V.Abbasov diaspora fəaliyyəti ilə deyil, hər zaman kosmopolit fikirləri ilə gündəmə gələn bir şəxsdir. O, ara-sıra Azərbaycan və Türkiyə əleyhinə çıxışlar edərək kimlərinsə sifarişini yerinə yetirir. Abbasovun Ümumdünya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsində də əvəzolunmaz xidmətləri olub. Belə ki, Abbasov erməni mətbuatına verdiyi müsahibəsində ÜAK-ın 7 ildir qanunsuz fəaliyyət göstərdiyini və bağlanmasının vacib olduğunu qeyd edib. Ətraflı burdan izləyə bilərsiniz: http://novostink.ru/azerbaijan/196989-vidadi-abbasov-vserossiyskiy-azerbaydzhanskiy-kongress-deystvuet-vne-zakona-uzhe-7-let.html

Vidadi Abbasovun xəyanəti bununla bitmir. Özünü diaspor lideri elan edən lakin soydaşlarmız arasında hörməti olmayan “Diaspor sədri” heç bir vaxt Qarabağ problemi və Xocalı Soyqırımı haqqında bir kəlmə də danışmadığı halda qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı 2016-cı ilin dekabr ayında bir neçə diaspor sədri ilə birgə Rusiya Fedarasiyasının Dövlət Dumasının sədri Serqey Narışkinə müraciət etmişdi . Ətraflı burdan oxuya bilərsiniz: https://amp.haqqin.az/multimedia/60612

Onu da qeyd edək ki, Vidadi Abbasov Rusiyada PKK terror təşkilatı ilə yaxından əlaqəsi olan şəxslərlə əməkdaşlıq edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...