Xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-in mətbuat xidmətindən Mynews.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Serbiya arasındakı əməkdaşlığın cari inkişaf səviyyəsindən və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə olunub.
E. Məmmədyarov N. Rodiçin ölkələr arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səylərini yüksək qiymətləndirib və onun səfir kimi fəaliyyəti dövründə Serbiyanın dövlət və hökumət başçıları, digər rəsmi şəxsləri və parlament nümayəndə heyətlərinin Azərbaycana olan intensiv səfərlərini xüsusilə qeyd edib.
Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və Azərbaycan və Serbiya arasında tərəfdaşlığın inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub