Milli Məclisin (MM) parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər təyin olunacaq.
Mynews.az-ın MM-dən əldə etdiyi məlumata görə, hazırda beş parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.
Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan - Türkmənistan və Azərbaycan - Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri vəzifəsidir.
Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edildiyindən, Astan Şahverdiyev isə vəfat etdiyindən onlar Milli Məclisin komitələrindən, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin tərkibindən və parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsindən çıxarılıblar.
Qeyd olunur ki, yaxın vaxtlarda - MM-in növbədənkənar iclaslarından birində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi məsələsinə baxılacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub