Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar qəbul etməyə çağırır.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib.
Z.Əsgərov qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın torpaqları işğal edilib:
"Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatları ədalətli qərarların qəbul edilməsinə çağırır. Lakin hələ də lazımi addımlar atılmayıb".
O əmin olduğunu bildirib ki, Alyansın sammiti münaqişələrin beynəlxalq hüquq normaları əsasında nizamlanmasına xidmət edəcək:
"Araşdırmalar göstərir ki, beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsi universal xarakter daşıyır. Deputatlarımız beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub