Avropa Şurasında Azərbaycanla bağlı qərəzli qərarların qəbul edilməsinə son qoymaq lazımdır.
Mynews.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Alyansın prezidenti, Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil bildirib.
Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti deyib: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur. Təəssüf ki, parlament üsul-idarəsinə əsaslanan bu Cümhuriyyət cəmi 2 il hökm sürüb. Dünən Prezident İlham Əlyiev mənimlə görüşdə bildirdi ki, 9 Avropa ölkəsi Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalayıb. Ümid edirəm ki, bu dövlətlərin sayı artacaq. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub. Buna son qoymaq lazımdır".
Sabitliyin önəmini vurğulayan Y.Zahradil qeyd edib ki, sabitlik olmadan uğurlara nail olmaq mümkün deyil:
"Çox şadıq ki, Alyansımız da Azərbaycanla sıx əməkdaşlıq edir. Biz bütün mürəkkəbliyə baxmayaraq, Azərbaycanın yanındayıq. Bizim Alyansımızın simvolu alovlu şirdir, Azərbaycan da Odlar ölkəsidir. Dünən bizə təklif edildi ki, hər il Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının tədbirini Bakıda keçirək. Məncə, bu, uğurlu təklifdir".
O qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə çox ciddi hörmətə layiq olan bir ölkədir: "Azərbaycan geosiyasi məsələlərdə, nəqliyyat, enerji məsələlərində çox ciddi rol oynayır və oynamağa davam edəcək. Bu səbəbdən Avropa İttifaqı, Avropa Şurası Azərbaycana daha çox əhəmiyyət verir. Doğrudur, Azərbaycanla bağlı birtərəfli hallar olub, lakin bu kimi hallara tez bir zamanda son verilməlidir. Azərbaycanının bəzi siyasi oyunların qurbanına çevrilməsinə son qoyulmalıdır".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub