Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər indi də Moskvanı şantaj edir - - RUSİYA QƏZƏBLƏNİB

Naxçıvan istiqamətində Azərbaycan ordusunun gerçəkləşdiyi əməliyyatlar və 11 min hektar ərazinin işğaldan azad olunması Ermənistanda şok effekti yaradıb.

2016-cı ilin aprel ayındakı "dördgünlük savaş"dan, Lələtəpə və ətrafındakı strateji yüksəkliklərdən ermənilərin qovulmasından sonra Ermənistanda yaranmış ruh düşkünlüyü səngimək bilmirdi. İrəvandakı "məhəbbət inqilabı"ndan və ABŞ-ın kreaturası Nikol Paşinyanın baş nazir postuna gətirilməsindən sonra ermənilər ümidlənmişdilər.

Lakin 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçməsi erməniləri yenidən pərişan edib.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arsrun Hovannisyan da soydaşlarını sakitləşdirməyə çalışır və onun səyləri günlərdir davam edir,

Hovvanisyanın son açıqlamalarından biri öz absurdluğu, daha doğrusu, idiotizmi ilə xüsusilə fərqlənir.

O, Facebook-dakı səhifəsində yahıb: "İyunun 6-da Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin komandanlığına müraciət edərək dağılmış Günnüt kəndinin cənubunda yerləşən qəbristanlığın bəzi vətəndaşlar tərəfindən ziyarət edilməsinə icazə verilməsini xahiş etdi.

Bu sahədə Azərbaycan tərəfi ilk dəfə belə müraciət ünvanlamışdı. Humanizm normalarına sədaqətli olan və həmişəki kimi, gərginliyin azaldılmasına yönəlmiş addımlar atmağa hazır olan Ermənistan da dinc azərbaycanlılara Günnütdəki qəbristanlığa baş çəkməyə icazə verdi".

Rəsmi İrəvanın, daha doğrusu, Hovvanisyanın təmsil etdiyi mexaniki fiqurlar toplusunun versiyasına görə, heç bir əməliyyat olmayıb, Naxçıvanda Azərbaycan ordusunun bölmələri irəliləməyiblər, şeç nə dəyişməyib.

Sadəcə, bir dəstə soydaşımız qəbristanlığı ziyarət ediblər, sonra da geri qayıdıblar.

Günnutun yaxınlığındakı təpələrdə Azərbaycan ordusunun yeni mövqelərinin inşası, mühəndis-istehkam qurğuluranını tikilməsi, habelə 50 km uzunluğunda yol salınması və ən başlıcası, İrəvan-Xankəndi yolunun nəzarətə alınması isə illüziyadır, vizual yalandır.

Reallıq isə odur ki, Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi , daha sonra isə "Qızılqaya" dağı və "Mehridağ" işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək "Areni" qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Ermənilər yüksəkliklərdə bayraqlarımızı, mövqelərimizi və hərbçilərimizi görsələr də, sakit olmalı, gözlərinə inanmamalıdır.

O ki qaldı humanizm məsələsinə - Ermənistan Müdafiə Nazirliyinin yetkilisinin "ifa"sında bu ifadənin işlədilməsi son illərin bəlkə də ən böyük paradoksu sayılardı - bir şərtlə ki, mənəviyyatsızlıq və əxlaqsızlıq olmasaydı.

Azərbaycan ərazilərinin 20 faizin işğal edən, minlərlə dinc, silahsız azərbaycanlıya divan tutub onları ağlagəlməz işgəncələrlə öldürən, bütün savaş qanunlarını pozan, terrorun yeni, "manikakal erməni psixozu" anlamını dünyaya gətirən bir ölkənin humanizmi kral kobrasının şəfqəti və ya əqrəbin insansevərliyi ifadələri təsirni bağışlayır.

Azərbaycan Ermənistandan heç nə xahiş etməyib. Düşməndən təvəqq etməzlər - düşməni məğlub edərlər.

Günnüt istiqamətində 50 km uzunluğunda mühəndis-istehkam qurğularının yaradılması da heç bir halda "qəbristanlığın ziyarəti" prosesi deyil.

Ermənilər də məhz bu səbəbdən nə Nikol Paşinyanın, nə də Arsrus Hovannisyanın dediklərinə və yazdıqlarına inanmırlar.

Hovannisyan da "kütbeyin" və şübhələrə qapılmış həmvətənlərinə sinirlənərək dünən Facebook səhifəsində yazıb: "Hörmətli dostlar və narahat olan "mütəxəssislər", xüsusilə də mənə nə etməli olduğumu başa salmağa çalışanlar! Sizlərin əksəriyyəti ilə müvafiq təhlükəsizlik strukturlarının məşğul olması gərəkdiyini bir kənara qoyaraq deyim ki, ən yaxın vaxtlarda, bu həftədə Naxçıvanla həmsərhəd sövqelərə ekskursiya təşkil edəcəyik. Orada siz və kütləvi informasiya vasitələri Günnütü, oradakı mövqeləri və s.-nir görəcəksiniz. Ümid edirəm ki, bundan sonra bizə necə işləməyimizi başa salmayacaq, göstərişlər verməyəcəksiniz".

Bütün bunlar Ermənistanın bütün bəyanatlarına, İrəvandakı rejimin aqressiv açıqlamalarına rəğmən düşmənin genişmiqyaslı hərbi əməliyyatlara hazır olmadığını göstərir. O da aşkarlanır ki, Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağdakı cəbhə xəttində situasiyanı gərginləşdirən ermənilər bu minvalla Rusiya qarşısında yeni şərtlər qoymağa, Qərbdən yeni preferensiyalar qoparmağa can atırlarsa, kökündən yanılırlar.

Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyət strategiyasındakı məqsədlərdən biri də Dağlıq Qarabağdakı separatçı rejimin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda tərəf qismində iştirak etməsinə nail olmaqdır.

Ermənistanın XİN başçısı Zöhrab Mnasakanyanın Moskvaya rəsmi səfərdə müzakirə etdiyi məsələlər arasında bu məqam xüsusi yer tuturdu,

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında Mnaskayanyan Ermənistanın daimi hamisi statusunda çıxış edən, əslində isə İrəvanı tam nəzarətdə saxlayan, ermənilərin xarici və daxili siyasətlərini müəyyənləşdirən ölkədən bəlli bəyanatı gözləyirdi.

Yəni S.Lavrov həmin konfransda Dağlıq Qarabağ ermənilərinin danışıqlara tərəf qismində qatılmasının mümkünlüyünü bəyan etməli, İrəvana dəstək olmalı, erməniləri sakitləşdirməli idi. İrəvan da bunun müqabilində ABŞ layihəsi Nikol Paşinyanın Qərbdən aldığı göstərişlərinin bir qisminə rəğmən, Rusiya ilə münasibətləri sərinləşdirməyəcəyinə boyun olduğunu kuluar danışıqlarda Moskvanın nəzərinə çatdırmalı və sonucda günahlarının bağışlanmasına nail olmalıydı.

Fəqət, Lavrov ermənilərin gözləntilərinin tam əksinə davrandı, İrəvanın ümidlərini puç etdi.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində qarabağlı ermənilər Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşma əsasında kənarlaşdırılıb. Qarabağlı ermənilərin danışıqlarda iştirakı da bu tərəflərdən asılıdır. Əgər onlar qərar qəbul etsələr, Rusiya bu qərara sayğı ilə yanaşacaq", - Rusiyanın XİN başçısı deyib.

Bu açıqlama Ermənistanda böyük mübahisələrə, qalmaqala və didişmələrə səbəb olub.

İlk əvvəl sabiq müdafiə naziri Vigen Sarqsyan təəssüflə bəyan edib ki, Rusiyadan belə bəyanatı heç gözləmirdi və "Lavrovun dedikləri təhlükəli məzmundadır".

Daha sonra müzakirələrə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da qatılıb, 1994-cü ildə ATƏT-in Budapeşt sammitinin qərarlarını xatırladaraq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində "üç tərəf var - Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ": "Bu səbəbdən də Nikol Paşinyan haqlı, Vigen Sarqsyan isə haqsızdır. Qarabağlı erməniləri danışıqlardan Robert Köçəryan kənarlaşdırıb".

Robert Köçəryan sinirlənib və "qarabağlı ermnəilər prosesdən hələ mən baş nazir olana qədər kənarlaşdırılıb".

Serj Sarqsyan da sələflərini suçlayıb.

Ermənistanın üç keçmiş prezidenti arasında qarşılıqlı ittihamlardan ibarət bu qapalı dairədə müzakirələr davam etsə də, ermənilər "Dağlıq Qarabağ ermənilərini danışıqlar prosesinə necə qaytarmalı?" sualına cavab tapa bilmirlər.

Nikol Paşinyan hiss elir ki, Dağlıq Qarabağın danışıqlar prosesinin subyektinə çevrilməsi situasiyanın İrəvan tərəfindən effektiv idarəetməsini göstərə bilərdi.

Məhz bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan tələblərinin və siyasi ambisiyalarının plankasını qaldırır, erməni tərəfinin siyasi mövqelərini möhkəməndirməyə çalışır, ermənilərin təhlükəsizliyinin təminatına can atdığını nümayiş etdirməyə can atır.

Belə bir vəziyyətdə Z.Mnasakanyanın Moskva səfərini fiasko saya bilərik, çünki Ermənistan bütün cəhdlərinə və hətta şantajına rəğmən, Rusiyadan əlavə dividentlər əldə edə bilməyib.

Rusiya vassalının Qərbə meylləndiyini, Nikol Paşinyanın ABŞ-dan alınan göstərişlər əsasında hərəkət etdiyini bildiyindən İrəvanın "qəfil" cəsarətlənməsini və aqressivləşməsinə dözən deyil.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...