Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, A.Lukaşenko qeyd edib ki, ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri çox yüksək davamlı strateji tərəfdaşlıq səviyyəsinə çıxıb.
Təbrikdə deyilir: "Hər iki dövlət çoxtərəfli sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əsas beynəlxalq problemlər üzrə eyni mövqeyə malikdir. Birgə səylərlə əməkdaşlığın möhkəm təməli qoyulub, sənaye sahəsində bir sıra layihələr reallaşdırılır".
A.Lukaşenko əmin olduğunu bildirib ki, Belarus və Azərbaycan arasında etibarlı münasibətlər hər iki ölkənin xalqlarının rifahı naminə gələcəkdə də dinamik inkişaf edəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub