Belarusun Azərbaycana “Polonez” tipli raket kompleksləri satması bizdə narahatlıq doğurmaya bilməz.
Mynews.az Oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.
Onun sözlərinə görə, Belarus Ermənistanla müqavilələr bağlayır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, bu isə Minskin qarşısına bəzi öhdəliklər qoyur.
“Bu öhdəliklər təşkilatın bütün üzvlərinə aiddir. KTMT-də bağlanılan müqavilədə təşkilata üzv olmayan ölkələrə silah satışını qadağan edən bənd olmasa da, təşkilat tərəfdaşlarının maraqlarına zərər vura biləcək bu cür addımları qadağan edən amillər var.
Şavarş Koçaryan bildirib ki, problemin həlli yolu ölkənin özündədir:
“Dövlətlər ilk növbədə öz maraqlarını rəhbər tutur. Bir ölkənin digərinin maraqlarını pozmaması üçün sonuncunun daha nüfuzlu olması gərəkdir”.
Nazir müavini əlavə edib ki, Ermənistan nə qədər nüfuzlu, dünya üçün başa düşülən və qəbul edilən olarsa, başqa ölkələrdən Yerevanın maraqlarına riayət etməsini bir o qədər tələb edə bilər.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub