Rusiyanın federal telekanalı “TV Tsentr”ın aparıcısı Roman Babayan Dağlıq Qarabağa qanunsuz səfər edib.
Mynews.az Modem.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Roman Babayanı səfərdə Rusiya Dövlət Dumasının keçmiş deputatı, Mərkəzi Asiya və Yaxın Şərqin Araşdırılması İnstitutunun direktoru Semyon Baqdasarov müşayiət edib.
“Qarabağa ilk dəfə gəlmişəm. Tarixi vətənimə gəldiyim üçün həyəcanlıyam”, - deyə Roman Babayan bildirib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a açıqlamasında deyib ki, bununla bağlı zəruri tədbirlər görüləcək.
“Kütləvi İnformasiya Vasitələrində getmiş bu məlumat Xarici İşlər Nazirliyi tərəfindən araşdırılacaq və əlavə zəruri tədbirlər görüləcək. Onu da qeyd edim ki, kimliyindən və vəzifəsindən asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən hər bir şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil edilir. Roman Babayan da istisna deyil”.
Xatırladaq ki, Roman Babayan 1967-ci il dekabrın 7-də Bakıda anadan olub. O, Rusiyanın “TV Tsentr” (ТВ Центр) telekanalında “Səs haqqı” (Право Голоса) verilişinin 2010-cu ildən aparıcısıdır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub