Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri davam edir.
Mynews.az xəbər verir ki, şəhərin müxtəlif yerlərində paradda nümayiş olunacaq helikopter və təyyarələr hərəkət edir.
Əvvəlki illərdə olduğu kimi, bu il də hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikalarının nümayiş olunacağı gözlənilir.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə ilk hərbi hissənin təsis edildiyi gün – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.
Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub