Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə siyasi həllini tapmalıdır.
Mynews.az xəbər verir ki, bu fikirlər Avropa İttifaqı – Ermənistan münasibətləri ilə bağlı sənəddə bildirilib.
Sənəd Avropa İttifaqının rəsmi saytında dərc olunub.
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sülh və sabitliyə mane olur. Avropa İttifaqı əmindir ki, münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında çevik siyasi həllinə çatmalıdır.
2003-cü ildən Avropa İttifaqının xüsusi nümayəndəsi AB ilə region ölkələri arasında dialoqun təşkili üzərində işləyir və bu ölkələrlə hərtərəfli siyasətin hazırlanmasında kömək göstərir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli üçün səylərini dəstəkləyir”, - sənəddə deyilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub