Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar günü ilə əlaqədar açıqlama yayıb.
Mynews.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, hər il 20 iyun BMT tərəfindən Dünya Qaçqınlar günü kimi qeyd olunur:
“BMT-nin Baş Katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi “qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqişədə, təqibdə və ümidsiz yoxsulluqdur”.
Qaçqınlar və miqrantların problemləri ilə bərabər münaqişələr səbəbindən təhlükələrə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşamalı olan kişi, qadın və uşaqlardan ibarət milyonlarla məcburi köçkün də var.
BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının məlumatına görə bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nəfərə çatıb”.
O, qeyd edib ki, Azərbaycan da adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir və hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib.
“Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və nəticə etibarilə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır.
Yalnız bu halda münaqişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür”, - deyə H.Hacıyev açıqlamasında qeyd edib.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub