2015-ci ildən Azərbaycan tərəfi strateji cəhətdən vacib olan yüksəklik və magistrallara nəzarəti planlı şəkildə geri qaytarmağa başlayıb.
Mynews.az-ın məlumatına görə, bu sözləri Oxu.Az-a açıqlamasında hərbi-siyasi ekspert Ramil Məmmədli Azərbaycan müdafiə naziri Zakir Həsənovun ordumuzun Laçın yoluna nəzarət etməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanın Şərur rayonundakı uğurlu əməliyyatı Günnüt kəndinin azad edilməsinə və Azərbaycan ordusunun Yerevan-Qafan-Laçın magistralını nəzarət altına almasına səbəb olub.
“Bu yol Günnüt kəndinin yaxınlığındakı Arpa və Amanlı kəndləri arasından keçir. Zakir Həsənov Azərbaycan ordusunun bu yolda nəzarəti ələ almasını böyük uğur adlandırıb. Doğrudan da, bu yol Dağlıq Qarabağ və Yerevan arasında bağlayıcı rolunu oynayır”, - Məmmədli qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan ordusunun Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində və Ermənistanla sərhəddə keçirdiyi əməliyyatları uğurlu hesab etmək olar.
“Hazırda Azərbaycan ordusu azad edilmiş yüksəkliklərin köməyilə rəqib üzərində bir neçə istiqamətdə üstünlük qazanıb”, - ekspert bildirib.
O əmindir ki, işğal olunmuş ərazilərdə strateji yüksəkliklərin və nöqtələrin azad edilməsi davamlı olacaq və bu proses mərhələli şəkildə həyata keçiriləcək.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub