"Ötən il Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələrin inkişafında möhüm dönüş ili olub".
Mynews.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus paytaxtı Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının 10-cu qeyri-rəsmi görüşündə deyib.
Nazir çıxışında Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrinin inkişafı və "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub. E.Məmmədyarov qeyd edib ki, 2017-ci il Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında möhüm dönüş ili olub.
XİN başçısı xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərini və Aİ-nın mənzil gərərgahında keçirdiyi görüşləri vurğulayıb. Nazir Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazış üzrə danışıqların başladığını qeyd edib.
Eyni zamanda "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində nəqliyyat, enerji, İKT sahəsində əməkdaşlıq məsələlərinə toxunub.
Elmar Məmmədyarov bildirib ki, "Şahdəniz 2" layihəsi üzrə işlər 99%, Cənub Qafqaz Boru xətti 100%, TANAP 94 % və TAP layihəsi üzrə işlər isə 75 faiz başa çatıb. Tikinti işlərinin son fazası sürətlə gedir. Onun sözlərinə görə, TAP Yunanıstan hissəsi bu ilin noyabrında başa çatacaq və 2020-ci ilə qədər layihə kommersiya baxımdan hazır olacaq.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1053 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1016 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1007 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1005 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
982 dəfə oxunub