"Büdcədə tikinti məsələləri ilə bağlı vəsaitin həcminin az qala 22 faiz təşkil etməsi düzgün deyil. Bu, hardasa 5 milyard manat təşkil edir ki, onun da xərclənməsinə nəzarət çətinləşir. Çünki bu nəticə etibarı ilə korrupsiyanın baş verməsinə şərait yaradır”.
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Əli Məsimli deyib.
Deputat eyni zamanda, dövlət zəmanəti ilə götürülən vəsaitlərin, kreditlərin taleyinə də toxunub. "Bu məsələdə də çox ciddi problemlər var. Çünki bir çox qurumlar bu məsələdə şəffaflığa əməl etmirlər, həmin vəsaitləri təyinatı üzrə sərf etmirlər. Ona görə də bu məsələnin ciddi təhlili lazımdır”.
Ə. Məsimli bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılmasını təklif edib.
"Bu il bir dəfə bu istiqamətdə artım baş verib. Ancaq yaxşı olardı ki, ən azı Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir dəfə də artım olsun. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyən insanlarımızın əmək haqları çox azdır”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub