Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən görülmüş tədirlər nəticəsində bu ölkənin mobil operatoru olan "Etisalat"ın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom" ilə rominq razılaşması ləğv edilib.
Mynews.az-ın məlumatına görə, bunu XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Ermənistan Beynəlxalq Telekommukasiya İttifaqının təlimat və qaydalarına zidd olaraq, onun üçün ayrılmış +374 beynəlxalq kodunu Azərbaycanın işğal olunmuş ərazilərinə də şamil edir və bununla Azərbaycanın radio-telekommunikasiya məkanına, radio tezliklərinə qanunsuz müdaxilə edir:
"Həmçinin, Beynəlxalq Telekommunikasiya İttifaqı ölkələr üzrə mobil kodlar (MCC) və mobil şəbəkə kodlarının (MNC) ayrılmasına məsul olduğu halda, "Karabakh Telecom" BTİ-nin E.212 saylı təlimatını pozaraq, "283" ölkə üzrə mobil kodunu və "04" mobil şəbəkə kodunu Azərbaycanın işğal olunmuş ərazilərində tətbiq edir.
Hal-hazırda Ermənistanda aparılan korrupsiya tərkibli cinayət işlərində "Karabakh Telecom" şirkətinin də adı hallanır.
Beynəlxalq hüququn norma və prinsiplərini, Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarını, həmçinin korporativ biznes etikası qaydalarını əsas tutaraq, ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom" şirkətinin digər beynəlxalq mobil operatorlarla rominq əməkdaşlığı bundan sonra da dayandırılacaq".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub