Ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş 11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı.
Mynews.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.
“Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik. 2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub