"Son zamanlar atəşkəs rejiminin pozulması halları inanılmaz dərəcədə aşağıdır".
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayım zamanı bildirib. O, Dağlıq Qarabağda son zamanlar yaranmış situasiyanı belə şərh edib:
"Orta statistik göstəricilərə görə, mən baş nazir seçiləndən sonra arəşkəs rejiminin pozulması halları azalıb. Ancaq təəssüf ki, bəzi itkilərimiz var. Azərbaycan qoşunları ön cəbhəyə toplanır. Bəzən onların sayında artma, bəzən azalma müşahidə olunur. Naxçıvan tərəfdə gərginlik var. Biz hər an müharibəyə hazır olmalıyıq. Mən demirəm, vəziyyət çox pisdir. Vəziyyət əvvəlki illərdəki kimidir. Ancaq hər halda münaqişə həll olunmayıb. Biz yarı-müharibə vəziyyətindəyik. Hər an dəyişiklik ola bilər. Biz çox işləməliyik, Müdafiə Nazirliyi də öz işini görməlidir. Demirəm ki, narahatlığa ehtiyac yoxdur, ancaq "ehtiyac var" da söyləmirəm".
Paşinyan Ermənistanın heç vaxt müharibəyə başlamayacağını da qeyd edib:
"Biz orduda sui-istifadə hallarını aradan qaldırmalıyıq. Biz müharibəyə başlamayacağıq. Azərbaycan başa düşməlidir ki, münaqişənin hərbi həll yolu yoxdur".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub