Hikmət Hacıyev: "Azərbaycanda keçirilmiş hərbi parad Ermənistan rəhbərliyində ciddi təlaş yaradıb"
“Göründüyü kimi, Azərbaycanda keçirilmiş hərbi parad Ermənistan rəhbərliyində, xüsusilə Ermənistan XİN və Müdafiə Nazirliyində ciddi təlaş yaradıb. Ermənistan xarici işlər nazirinin və indiyə qədər hər hansı məzmunlu bəyanatını eşitmədiyimiz Ermənistanın XİN-nin sözçüsünün "Twitter" və ya klaviatura fəaliyyəti bunun daha bir göstəricisidir”.
Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın sözlərinə cavab olaraq deyib.
H. Hacıyev qeyd edib ki, Sarkisyan rejiminin tör-töküntüsü olan Ermənistan XİN-nin mətbuat katibinin canfəşanlığının səbəbi ola bilər ki, öz vəzifəsini itirməkdən qorxmasıdır: “Bilavasitə Ermənistan xalqının düşməni olan Sarkisyanın hərbi xunta rejiminə xidmət edən və vaxtilə Sarkisyanı klaviatura diplomatiyası vasitəsilə vəsf edən bir mətbuat katibindən başqa bir şey gözləməyə dəyməz. Ona görə də erməni həmkarımın Kiplinqin "Mauqli" əsərində Şirxanın dostu olan personaja tez-tez müraciət etməsini başa düşmək elə də çətin deyil. Hər bir Azərbaycan vətəndaşı 26 iyun tarixində ölkəmizdə keçirilən hərbi parad, Ali Baş Komandanın orada çıxışı ilə qürur duydu. Ermənistan Azərbaycan ordusunun qüdrəti və əməliyyat imkanlarının günbəgün artmasından narahat olmaq istəmirsə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarsın və işğala son qoysun”.
H. Hacıyev fürsətdən istifadə edərək Ermənistan XİN-də olan həmkarlarına, xüsusilə mətbuat katibinə tövsiyəsini də çatdırıb: “Tövsiyə edərdim ki, digər ölkələrdən nümunə götürərək peşəkarlığınız üzərində çalışın və özünüzü gülünc vəziyyətə qoymaqda davam etməyin. Sərsəm və məntiqsiz açıqlamaları şərh etmək bizim üçün də çətin olur”.
Siyasət
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq
- Ərdoğan Azərbaycana gəlir
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 1201 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 1190 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 1132 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 1128 dəfə oxunub
- Bu rayonlarda su kəsiləcək 1127 dəfə oxunub