İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Bakıda hərbi paradda Türkiyə istehsalı olan Som-B1 raketi nümayiş etdirilib” sərlövhəli məqalə yerləşdirilib.
Mynews.az xəbər verir ki, məqalədə Azərbaycan ilə Türkiyənin müdafiə sahəsində sıx əməkdaşlığından və qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın və Türkiyənin müdafiə naziri Nurettin Caniklinin hərbi paradda iştirakından söz açılıb.
Yazıda Bakıda hərbi paradda Som-B1 raketinin nümayişinin tarixdə unikal bir hadisə olduğu qeyd edilir. Bildirilir ki, Türkiyənin müdafiə şirkəti “Roketsan” tərəfindən istehsal edilən quru və dənizdəki hədəfləri məhv etmək üçün hazırlanan Som-B1 raketi 230 kiloqram döyüş mərmisinə sahibdir. Raket 250 kilometrdəki hədəfi məhv etmək bacarığına malikdir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub