Bu gün Milli Məclisin (MM) son - növbədənkənar iclası keçirilir.
Mynews.az-ın xəbərinə görə, son iclasın gündəliyinə 39 məsələ daxil edilib ki, onlar arasında büdcə dəyişiklikləri əsas yer tutur.
Büdcə dəyişiklikləri ilə bağlı müzakirələrdə Maliyyə, İqtisadiyyat, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, o cümlədən, maliyyə naziri samir Şərifov iştirak edəcəklər.
Qeyd edək ki, bu iclasdan sonra deputatlar rəsmən yay tətilinə gedəcəklər.
Millət vəkilləri sentyabrın 15-də işə çıxacaqlar.
Həmin vaxt parlamentin növbəti - büdcə sessiyası kimi tanınan payız sessiyasının komitə iclasları başlayacaq.
MM-in payız sessiyası isə ya sentyabrın 30-da, ya oktyabrın 1-də öz işinə başlayacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub