“Nazirlərin növbəti görüşü planlaşdırılır. Vaxt lazımdır ki, həmsədrlər hər şeyi dərindən öyrənsin. Amma artıq razılığa gəlmişik ki, sentyabrda növbəti görüş olsun”.
Mynews.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
“Təklif var idi ki, BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclası çərçivəsində ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli - baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi danışıqlar prosesi ilə tanış olmaq üçün vaxt istəyib”, - deyə o vurğulayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub