Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiyaya rəsmi səfərə gedəcək. Bununla bağlı Rusiya İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.
Mynews.az xəbər verir ki, Azərbaycan iqtisadiyyat naziri Şahin MustafayevMoskvada Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının həmsədri, Rusiya Federasiyasının iqtisadi inkişaf nazirilə görüşüb.
“Görüş zamanı ikitərəfli tədbirlərin gündəliyi haqqında fikir mübadiləsi aparılıb. 2018-ci ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri olacaq. Görüş iştirakçıları səfər zamanı imzalanması planlaşdırılan sənədlər paketini müzakirə ediblər”, - informasiyada deyilir.
Bundan başqa, tərəflər sentyabrda Gəncədə 9-cu Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsini müzakirə ediblər. Hazırda tədbirin proqramı formalaşır və onun keçirilmə tarixi müəyyənləşdirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub