“PKK terror təşkilatının Suriya qolu olan PYD və onun silahlı qanadı YPG Türkiyənin icazəsi olmadan addım ata bilməz”.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prrezidenti Rəcəb Tayyib Ərdoğan “ATV” telekanalında “A xəbər” proqramında çıxışı zamanı bildirib.
“Son dövrlər terrorla mübarizədə çox fərqli bir mövqeyə çatmışıq. Əsgərlərimizin, polisiminizin alnından öpürəm. Son bir neçə ay ərzində ağla gələ bilməyəcək əməliyyatlar keçirdilər. Ümid edirəm ki, YPG Menbiç şəhərini də tərk edər və yerli xalq ora köçər.
Biz artıq mübarizə məsələsində həm masada, həm də döyüşdə varıq. Bunları prezidentlik sistemiylə daha sürətli görəcəyik. PYD/YPG-nin muxtariyyətlə bağlı elanı tamamilə nağıldır. Türkiyənin icazəsi olmadan addım ata bilməzlər. Menbiçin ətrafındakı bəzi kəndləri azad etmişik. Davam edirik”, - deyə Ərdoğan bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub