Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirilib.
Müdafiə Nazirliyindən Mynews.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hər sahədə olduğu kimi hərbi əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.
Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək, bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.
Türkiyə HDQ-nin komandanının MTT üzrə müavini vitse-admiral Fikret Esin “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirakından son dərəcə məmnunluğunu ifadə edib. Yarışlarda ölkəmizin hərbi dənizçilərinə uğurlar arzulayıb. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub