Prezident İlham Əliyev İrina Aleksandrovna Viner-Usmanovanı "Dostluq” ordeni ilə təltif edib.
Mynews.az xəbər verir ki, İrina Aleksandrovna Viner-Usmanova Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, İrina Aleksandrovna Viner-Usmanova rusiyalı milyarder Alişer Usmanovun həyat yoldaşıdır.