Prezident bu qurumla bağlı - FƏRMAN VERDİ
Prezident İlham Əliyev Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Mynews.az-ın məlumatına görə, fərmanla “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi” təsdiq edilib.
Dənizkənarı Bulvar İdarəsində (bundan sonra – Bulvar İdarəsi) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Azərbaycan Respublikasının Prezidentinə:
- Bulvar İdarəsinin nizamnaməsinin təsdiqi;
- nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
- icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
- Bulvar İdarəsinin yenidən təşkili və ləğvi.
Nazirlər Kabinetinə:
- illik maliyyə hesabatlarının təsdiq edilməsi;
- təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
- xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
Bulvar İdarəsinə:
- inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
- strukturunun təsdiq edilməsi.
Müəyyən edilib ki, Bulvar İdarəsinin nizamnamə fondu 69 059 580 (altmış doqquz milyon əlli doqquz min beş yüz səksən) manatdır.
Bulvar İdarəsinin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır.
Bulvar İdarəsi İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bulvar İdarəsi ilə razılaşdırılmaqla, Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyasının və müvafiq yenidənqurma (rekonstruksiya) proqramının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Dənizkənarı Bulvar İdarəsi işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində müəyyənləşdirməlidir.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1192 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1145 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1135 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1063 dəfə oxunub