Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar.
Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, çətin iqlim şəraitində və dağlıq ərazidə düşmənlə qarşıdurma xəttindəki bölmələrdə olarkən əməliyyat şəraiti barədə məruzəni dinləyən müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.
Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan müdafiə naziri qarşıdan gələn qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istilik sistemləri, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub