ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Füzuli rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.