“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.
Müdafiə Nazirliyindən Mynews.az-a verilən məlumata görə, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər.
Mərhələnin sonunda hakimlər briqadasının yekun qərarına əsasən, bu epizodun qalibləri müəyyən olunacaq.
Növbəti mərhələdə “Təlim-məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə ikinci epizodu yerinə yetirmək üçün hərbi dənizçilər bacarıqlarını nümayiş etdirəcəklər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub