Avqustun 2-də Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair protokol imzalanıb.
Protokolun imzalanması Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin Əfqanıstan Prezidentinin ölkəmizdə səfərdə olan MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşü çərçivəsində baş tutub.
Mynews.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən (MSN) Trend-ə verilən məlumata görə, görüşdə Yəhya Musayev Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
Söhbət zamanı iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nümayəndə heyətinin başçısı Mohammad Şaker Kargar səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.
Görüşdə Əfqanıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub