Azərbaycan dialoqa açıqdır. Ancaq bu, nəticəyə və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesinin tezliklə başlanmasına istiqamətlənmiş məzmunlu və məsuliyyətli danışıqlar olmalıdır.
Mynews.az xəbər verir ki, bu fikiləri “RİA Novosti” agentliyinə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, bu müşkül məsələni həll etmək lazımdır və bundan sonra yaranan bütün problemlərin həlli tamamilə başqa xarakter alacaq və belə çətinliklərlə əlaqəli olmayacaq.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar uzun müddətdir davam edir. Onun mandatı haqqında sənəddə bildirilir ki, Minsk qrupu öz fəaliyyətində müvafiq beynəlxalq hüquq prinsipləri və normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki yekun aktının müddəalarına əsaslanır.
Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli məhz bu müddəalara əsaslanmalıdır.
Xatırlatmaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan Respublikası ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Minsk Qrupunun həmsədrləri tərəfindən təklif olunan mərhələli həll modelləri uzun müddətdir hər kəsə məlumdur. Rusiya, ABŞ və Fransa rəhbərlərinin birgə bəyanatlarında dəfələrlə işğal faktına əsaslanan status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqe səsləndirilib.
Əfsuslar olsun ki, indiyə qədər biz bu işə son qoya bilməmişik. Müvəqqəti həll prosesini inkişaf etdirmək üçün mövcud formata və mövcud gündəmə əsaslanan danışıqların intensivləşdirilməsini təmin etməliyik”, - nazir deyib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub