Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiyanın mətni üzrə iradlar bütün ölkələrdə var idi.
Mynews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində Bakının Konvensiyanın mətni ilə bağlı hansısa iradlarının olub-olmadığı sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, bu, eyni tipli sənədlərin hazırlanmasında tamamilə adi beynəlxalq təcrübədir.
Bir neçə ildir ki, həyata keçirilmiş böyük işlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini razılaşdırmağa imkan verən nəticəyə gətirib.
“Məlum olduğu kimi, 1996-cı ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu yaradılıb, bu format çərçivəsində 51 görüş keçirilib.
Təbii ki, tərəflərin mövqelərinin razılaşdırıldığı bir vaxtda, iştirakçılar arasında Xəzər məsələləri üzrə ənənəvi Azərbaycan-Rusiya məsləhətləşmələri də daxil olmaqla, əlaqələr qurulmuşdu”, - nazir bildirib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub