Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-da azərbaycanlıların həbsini şərh edib.
Aralarında dörd Azərbaycan vətəndaşının da olduğu cinayətkar qrup dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunub.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı danışan Azərbaycan XİN-nin mətbuat katibiHikmət Hacıyev deyib ki, ABŞ-da dörd azərbaycanlının həbsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə heç bir rəsmi məlumat daxil olmayıb.
Qeyd edək ki, araşdırmalarda Federal Təhqiqatlar Bürosunun, Gömrük-sərhəd xidmətinin, Nyu-York polisinin və Federal İmmiqrasiya və Gömrük İdarəsinin polis əməkdaşları iştirak edib. Saxlanılan şəxsləri dələduzluq maddəsi ilə 20, çirkli pulların yuyulması maddəsi ilə isə 30 ilə qədər həbs cəzası gözləyir.
İstintaqdan verilən məlumata görə, qruplaşma üzvləri mövcud olmayan avtomobillərin satışı barədə yalançı reklam elanlarının yaradılmasında iştirak edib. Dələduzlar qanunsuz hərəkətləri ilə 4,5 milyon dollar qazana biliblər. Qruplaşmada Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya və ABŞ vətəndaşları da olub.
ABŞ-dakı vəziyyət xüsusi nəzarət altındadır.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub