Ermənistan ümid edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük ona Belarusun gözündə qalxmağa imkan verəcək. Ancaq Lukaşenko aydın şəkildə dedi ki, Belarus Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Mynews.az-ın məlumatına görə, bu fikirləri azərbaycanlı politoloq Arzu Nağıyevdeyib.
Onun sözlərinə görə, Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar zamanı Yerevan artıq Minskin dəstəyinə ümid etmir.
“Paşinyanla Lukaşenkonun mayda baş tutan görüşündə bildirildi ki, Belarus suveren ölkədir və istənilən respublika ilə, o cümlədən Azərbaycanla ikitərəfli hərbi müqavilələr bağlaya bilər”, - ekspert qeyd edib.
O əmindir ki, Ermənistanın başında kimin dayanmasından asılı olmayaraq, Belarus suveren siyasətini davam etdirəcək.
“Məhz bu səbəbdən Azərbaycan və Belarus dost ölkədir. Lukaşenkonun sözlərini xatırlayırıq. O deyirdi ki, Azərbaycan ən çətin anlarında Belarusun yanında olub”, - müsahibimiz bildirib.
Nağıyev əlavə edib ki, bu cür dostluq münasibətlərini “həzm etmək” istəməyənlər də var, bu, təbii və başadüşüləndir.
“Yerevan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan və Belarus aydın siyasət və dostluq münasibətləri olan iki suveren, müstəqil respublikadır”, - politoloq qeyd edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub