“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığlı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.
Müdafiə Nazirliyindən Mynews.az-a verilən məlumata görə, bu mərhələdə gəmilərə hərəkətdə ikən üzən mina hədəfini artilleriya atəşi ilə məhv edilməsi tapşırılıb.
Atışlar artilleriya qurğularından 200 metr məsafədən yerinə yetirilib. Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası qiymətləndirmə aparıb.
Yarışın nəticələrinə görə, Rusiya komandası 40 balla birinci, Azərbaycan 38 balla ikinci, Qazaxıstan 36 balla üçüncü, İran dənizçiləri isə 20 balla dördüncü yerlərdə qərarlaşıblar.
Bu gün yarışların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub