Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.
Mynews.az xəbər verir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.
09:13
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.
Mynews.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Tacikistan prezidentinə raport verib.
Prezident İlham Əliyev və prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Tacikistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub