Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, dövlətlərin Xəzərdəki qarşılıqlı münasibətləri ilə bağlı bütün məsələlər razılaşdırılıb və avqustun 12-də “tarixi qərar” qəbul ediləcək.
Mynews.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Qeyd olunur ki, Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistan prezidentləri Aktauda görüşəcək və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə danışıqlara yekun vuracaqlar.
Qazaxıstan liderinin sözlərinə görə, məsələ ilə bağlı “mürəkkəb danışıqlar” 20 ildən çox davam edib.
“Güman edirəm ki, bütün məsələlər razılaşdırılıb, biz sabah tarixi qərarın qəbulunu gözləyirik. Bu, hər birimiz üçün çox vacib məqamdır”, - deyə, Nazarbayev vurğulayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub